Samsung Android yenilənmə siyasətini dəyişir: 5 il yenilənmə dəstəyi

Samsung Android yenilənmə siyasətini dəyişir: 5 il yenilənmə dəstəyi

   Sızdırılan məlumatlara görə Samsung Android smartfonlarına 5 il yenilənmə dəstəyi verəcək. Cənubi Koreyalı şirkət bundan bir müddət əvvəl elan etmişdi ki, smartfonlarına 2 böyük yenilənmə əvəzinə 3 böyük yenilənmə verəcək.

  Bu xəbər bir çox istifadəçi tərəfindən bəyənilmişdi və istifadəçilərin gözündə şirkətin dəyəri artmışdı. İndi isə sızan məlumatlar onu göstərir ki, Samsung öz smartfonları üçün 3 yox, 4 böyük Android yenilənməsi və əlavə olaraq da 1 il təhlükəsizlik yenilənməsi verəcək. Bu gün təqdim olunması gözlənilən Galaxy S22 smartfon seriyası Android 12 istifadə edəcək. Samsung-un yeni siyasətinə görə Galaxy S22 seriyası Android 16 daxil olmaqla bütün yenilənmələri alacaq. Həmçinin Android 16-dan sonra 1 il də təhlükəsizlik yenilənmələrini alacaq.

  Bu strategiya ilə Samsung şirkəti Apple-a rəqib olmağı planlayır. Bilindiyi kimi Apple şirkəti də öz smartfonlarına uzun müddət yenilənmə dəstəyi verir. Qeyd edək ki, bu strategiya Galaxy S21, Galaxy S22, Galaxy Tab S8, Galaxy Z Fold 3Galaxy Z Flip 3 seriyaları üçün keçərli olacaq. Yəni orta və giriş seqment smartfonlar sadəcə 3 böyük yenilənmə ala biləcəklər. Galaxy Unpacked tədbirində yeni qərarın açıqlanması gözlənilir.

Şərhlər