TELSAT.AZ - Elan yerləşdir
  • 2786

Performans istəyənlər üçün ideal notbuk: RedmiBook Pro 2022

 Redmi-nin üzərində işlədiyi RedmiBook Pro 2022 notbuku performans istəyənlər üçün ideal olacaq. Ən yeni 12.nəsil Intel H prosessorları ilə təchiz olunan bu model Nvidia RTX 2050 videokartlı seçimə də malik olacaq.

 

 Xiaomi-nin alt brendi olan Redmi şirkəti özünün RedmiBook Pro 2022 notbukunu təqdim etməyə hazırlaşır. Daha əvvəl render şəkilləri internetə sızdırılan cihazın indi isə parametrləri sızdırılıb. Bu model 15 düymlük IPS LCD ekran istifadə edəcək. 3200x2000 piksel ölçüsü təmin edən Redmi notbuku 89.1% ekran/gövdə nisbəti ilə bir xeyli premium görünür. sRGB rəng şkalasının hamsını dəstəkləyən RedmiBook Pro modeli dizaynerlər üçün də ideal bir seçim olacaqmış kimi durur. Performans tərəfində Intel-in 12.nəsil Intel Core-i7 12650H və Intel Core-i5 12450H prosessorlarını istifadə edən bu cihaz daxili videokart olaraq Intel UHD istifadə edir. Daha güclü videokart istəyənlər Nvidia RTX 2050 istifadə edən modellər də mövcud olacaq. 16 GB LPDRR5 ram və 512 GB SSD ilə təchiz olunan RedmiBook Pro 2022 modeli Windows 11 ilə birliktə qutudan çıxacaq. Həmçinin 72 Wh batareyası olan notbuk 100W sürətli şarjı dəstəkləyir. Giriş portları tərəfində isə 2 ədəd Thunderbolt portu, 2 ədəd USB 3.2 HDMİ 2.0 portlarına malikdir. RedmiBook Pro 2022-nin Core-i5 istifadə edən versiyası 834 dollardan, RTX 2050Core-i7 istifadə edən versiyası isə 1133 dollardan satışa çıxacaq. İl ərzində AMD 6000H prosessorundan istifadə edən modellərin də gələcəyi Redmi tərəfindən bildirilib.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab