108 MP kameralı Redmi Note 11S təqdim olundu

108 MP kameralı Redmi Note 11S təqdim olundu

     Çinin ən böyük smartfon satıcısı olan Xiaomi-nin alt brendi Redmi bu gün Redmi Note 11S smartfonunu təqdim etdi. 108 MP kamerası olan smartfon istifadəçilər tərəfindən maraqla qarşılandı.

      Redmi Note 11S smartfonunun ən diqqət çəkən tərəfi 108 MP kamerasının olması idi. Samsung tərəfindən hazırlanan 108 MP ISOCELL HM2 sensoruna malik olan smartfon 8 MP + 2MP + 2MP olmaqla 3 ədəd kameraya da malikdir. Geniş bucaqlı, dərinlik və makro çəkiliş dəstəkləyən bu kameralar Redmi Note 11S-in bir xeyli sevilməsinə səbəb oldu.

       Redmi Note 11S modeli 6.43 düym 90 Hz Amoled ekrana malikdi. Smartfonun ön kamerası isə 16 MP-lik bir sensor ilə təchiz olunub. Barmaq izi sensoru isə smartfonun yan tərəfinə yerləşdirilib. Prosessor olaraq MediaTek Helio G96 ilə təchiz edilən Note 11S, 6 GB8 GB ram ilə satışa çıxacaq. 64 GB128 GB daxili yaddaşla satışa çıxacaq olan smartfon 5000 mAh batareyaya malikdir. Həmçinin bu batareya 33W sürətli şarj dəstəkləyir. Bundan başqa Redmi Note 11S smartfonu Android 11 əsaslı MIUI 13 interfeysi ilə gəlir. SD kart dəstəyi olan smartfonun 3.5 mm qulaqlıq girişi, NFC dəstəyi də var.

     Redmi Note 11S smartfonunun 6 GB Ram + 64 GB yaddaş olan versiyası 249 dollara, 6 GB ram + 128 GB yaddaş olan versiyası 279 dollara, 8 GB ram + 128 GB yaddaş olan versiyası isə 299 dollara satılacaq.

Şərhlər