TELSAT.AZ - Elan yerləşdir
  • 2312

Samsung üçün pis xəbər: Qualcomm təkrar TSMC ilə işləyəcək

 Qualcomm şirkəti Samsung yerinə TSMC ilə işləməyi planlayır. Snapdagon çiplərinin istehsalını edən Samsung şirkəti Qualcomm-un tələblərini qarşılaya bilməyib. Çiplərin effektivliyindən razı qalmayan Qualcomm təkrar TSMC ilə işləməyi planlayır.

 Verilən məlumatlara görə Samsung-un çip istehsal metodu heç də effektiv deyil. İstehsal edilən hər 100 çipdən sadəcə 35-i smartfonlarda istifadə edilə biləcək keyfiyyətdə olur. Bu da Qualcomm şirkət üçün yetərli deyil. Digər tərəfdən TSMC şirkəti 70% effektiv istehsal təklif edir. Yəni 100 çipdən 70-i smartfonlarda istifadə edilə biləcək keyfiyyətdə olur. Samsung-dan razı qalmayan tək şirkət Qualcomm deyil. RTX 30 videokartları Samsung ilə istehsal edən Nvidia şirkəti də narazıdır. Bu şirkət də TSMC ilə işləmək üçün görüşmələr edir. Beləliklə Samsung şirkəti 2 nəhəng müştərisini itirmək üzərədir deyə bilərik. Bu məlumatlara əsasən 2022-nin ikinci rübündə çıxması planlanan Snapdragon 8 Gen 1 Plus prosessoru TSMC tərəfindən istehsal edilə bilər.

 Qeyd edək ki, bir neçə gün öncə ortaya çıxan məlumatlara görə Samsung şirkəti böyük bir skandal ilə üz-üzə qaldı. Beləki şirkətin çip istehsal mühəndisləri çiplərin istehsal effektivliyini üst rütbəlilərə doğru bildirməyib. Aşkarlanan bu skandal sonrasında Samsung şirkəti bütün çip istehsal mərkəzini sorğulamaq üçün komanda qurub. Yalan danışan mühəndislərin aşkarlanıb məhkəməyə verilməsi planlanır. Həmçinin bu mərkəzə edilən investisiyaların da boşuna olub olmaması araşdırılacaq

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab