Qualcomm şirkəti Snapdragon 8 Gen 1+
çipseti üçün Samsung əvəzinə TSMC ilə işləyəcək. Samsung-un istehsal prosesindən
narazı olan Qualcomm şirkəti təkrar TSMC ilə işləyəcək. Snapdragon 8 Gen 1+ prosessorları
TSMC tərəfindən istehsal ediləcək.
AMD ilə işbirliyi əsasında
Exynos 2200 prosessorunu istehsal edən Samsung gözlədiyi nəticəni ala bilməmişdi.
Bunun üzərinə Qualcomm şirkəti də Snapdragon çiplərinin istehsalı üçün Samsung əvəzinə
TSMC ilə işləyəcək. Bunun əsas səbəbi isə Samsung-un istehsal metodunun
effektiv olmaması göstərilir. Gizli mənbələrin verdiyi məlumata görə Qualcomm
şirkəti Samsung-dan narazıdır. Samsung-un istehsal metodunun effektivliyi zəif
olduğu üçün Snapdragon 8 Gen 1 prosessorları bir xeyli problemli olmuşdu.
İstifadəçilər isinmə, zəif performans kimi bir çox problemdən şikayət edirdi.
Bu səbəbdən Qualcomm şirkəti planlarını dəyişdirir. Şirkət Snapdragon 8 Gen 1+
prosessorunun istehsalına artıq başlayıb. 5-10% performans artımı olan yeni
çipsetlər TSMC tərəfindən istehsalı üçün müqavilələr imzalanıb. Yeni
prosessorlar 4 nm ölçülərində hazırlanacaq və bazara gözləniləndən daha tez
çıxacaq. İddialara görə ən tez Yay aylarında istifadə verilməsi planlanan
Snapdragon 8 Gen 1+ prosessorları əvvəlki nəsildən daha yaxşı olacaq.