Mobil çipset ekosistemində satış sayı
olaraq MediaTek-ə uduzsa da Qualcomm şirkəti böyüməyə davam edir. Keçən ilin
son rübündə mobil çipsetlərə olan tələbin artması ilə Qualcomm öz gəlirlərini artıra
bilib.
Android smartfon ekosistemində davam edən mobil çipset mübarizəsində Qualcomm qismən geriləsə də gəlirləri artmağa davam edir. MediaTek ilə rəqabətdə geri qalan şirkətin daha premium çipsetlər satdığı üçün gəlirləri arta bilib. Qualcomm-un açıqlamalarına görə keçən ilin son rübündə şirkət 10.71 milyard dollar gəlir əldə edib. Bu da həmin il üzrə 30% artım deməkdir. Şirkətin xalis gəliri isə 3.4 milyard dollar olub. Bu da həmin il üzrə 38% artım deməkdir. Qualcomm-un ən uğurlu rübünun bu olduğu bildirilir. Şirkətin çipset departamenti ümumi 8.95 milyard dollar qazanıb və 38% böyüyüb. Qeyd edək ki, mobil cihaz ekosisteminin böyüməsi Qualcomm və digər şirkətlərin də böyüməsi deməkdir. Çip qıtlığının azalması ilə bu böyümənin sürətlənməsi gözlənilir.