TELSAT.AZ - Elan yerləşdir
  • 3400

Qatlana bilən iPhone smartfonları nə vaxt çıxacaq?

 DSCC tərəfindən hazırlanan sənədlərə görə qatlana bilən iPhone-lar 2025-də satışa çıxacaq. Əvvəlki iddialara görə Apple şirkəti ilk qatlana bilən iPhone modelini 2023-də satışa çıxaracaqdı. Lakin son gələn məlumatlara əsasən bu plan təxirə salınıb.

 Həmçinin verilən bir digər məlumat odur ki, qatlana bilən iPhone modeli iPhone Flip olaraq adlandıralacaq. DSCC-nin CEO-su Ross Young bildirib ki, qatlana bilən iPhone modelinin təqdimatı 2025-ə təxirə salınıb. Həmçinin o bildirib ki, Apple şirkəti qatlana bilən smartfon bazarına girməyə tələsmir. Bir digər məlumat isə odur ki, Apple şirkəti 20 düym ekranı olan qatlana bilən notbuk modelləri üzərində də işləyir. Ross Young öz sənədlərində bildirib ki, bu proyekt Apple şirkəti üçün yeni məhsul kateqoriyası olacaq və bu cihazlar iki məqsədli istifadə edilə biləcək. Apple-in notbukunun 360 dərəcə notbuklar kimi qatlandığında ekran olaraq istifadə edilən notbuka çevriləcəyi bildirilir. İki funksiyalı bu notbukların 2026-dan tez bazara çıxması gözlənilmir.

 Qeyd edək ki, qatlana bilən cihaz bazarı gün keçdikcə böyüyür. Bu səbəblə istifadəçilərin bu cihazlara olan maraqları da artır. Apple şirkəti də məhsul satışlarını nəzərə alaraq bu cihazların istifadəçilər tərəfindən tamamilə qəbul olunduğu bir zamanı gözləməsi mümkündür. Beləliklə daha çox cihaz sata biləcək. Hal-hazırda istifadəçilər bu cihazları qəbul etsələr də istifadə edilən texnologiya və qatlanan ekran panelləri yetəri qədər təkmilləşməyib. İstehsalçıların önündə çoxlu əngəllər yaranır. Bu səbəbdən bu qatlanan ekran panellərinin inkişafı bu texnologiyaları daha çox olğunlaşdıracaq və istifadəçilərin daha çox qəbul etməsinə səbəb olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab