Poco X3 Pro-nun davamçısı Poco X4 Pro 5G smartfonu təqdim edilib

Poco X3 Pro-nun davamçısı Poco X4 Pro 5G smartfonu təqdim edilib

 MWC 2022 konfransında Çinli şirkət Xiaomi-nin alt brendi Poco yeni Poco X4 Pro 5G smartfonunu təqdim edib. Poco X3 Pro modelinin davamçısı olan bu smartfon dizaynı səbəbilə bir xeyli sevilib.

 Dünyaca məşhur MWC 2022 konfransı artıq başlayıb. Bu səbəbdən bir çox texnologiya şirkəti özlərinin yeni texnologiya və məhsullarını bu konfransda təqdim etmək üçün gəliblər. Bunlardan biri də Çinli şirkət Xiaomi-nin alt brendi olan Poco şirkətidir. POCO özünün yeni Poco X4 Pro modelini təqdim edib. Smartfon 6.67 düym Full HD+ Amoled ekran ilə təchiz olunub. 120 Hz yeniləmə dəyəri olan bu ekran 360 Hz toxunma həssaslığına malikdir. Bu da ekranın sürətli və axıcı olduğunu göstərir. 1200 nit parlaqlığ dəyərinə çıxan bu ekranda 16 MP dəlikli ön kamera yerləşdirilib.  8 GB-a qədər ram və 256 GB-a qədər yaddaş seçimi olan Poco x4 Pro 5G smartfonu Snapdragon 695 prosessorundan güc alır. Dynamic Ram funksiyasına malik olan smartfon daxili yaddaşın bir qismini əlavə ram kimi istifadə edə bilir. Daxili yaddaş hesabına əlavə 3 GB ram-ı olan smartfon beləliklə 11 GB-a qədər ram dəstəyinə malik olur. 5000 mAh batareyası olan smartfon 67W sürətli şarja malikdir. MİUİ 13 və Android 12 ilə qutudan çıxan X4 Pro smartfonu 108 MP əsas kamera, 8 MP geniş bucaqlı kamera və 2 MP makro kamera ilə təchiz edilib.

 Poco şirkəti bildirib ki, smartfon qlobal bazarda da satışa çıxacaq. 128 GB yaddaş və 6 GB ram olan versiya 335 dollara, 256 GB yaddaş və 8 GB olan versiyası isə 390 dollara satılacaq.

Şərhlər

Digər xəbərlər