TELSAT.AZ - Elan yerləşdir
  • 3620

Poco-nun yeni smartfonu gəlir: Poco X4 Pro 5G

 Xiaomi şirkətinin yeni smartfonu Poco X4 Pro 5G modelinin texniki parametrləri ortaya çıxıb. Xiaomi-nin alt brendi olan Poco yeni smartfonlarını təqdim etməyə hazırlaşırlar. Smartfonun MWC 2022-də təqdim olunması gözlənilir.

 Xiaomi-nin alt brendi Poco adətən Redmi modellərini fərqli adlarla bazarda satışa çıxarır. Poco X4 Pro 5G modelinin də Redmi Note 11 Pro 5G-nin reviziya edilmiş versiyası olacağı gözlənilir. Lakin Poco eyni parametrləri fərqli dizayn ilə istifadəçilərə təqdim edəcək. 6.67 düymlük Amoled ekranı olan smartfon 120 Hz dəstəyinə də malik olacaq. Prosessor tərəfində Snapdragon 695 ilə təchiz edilən Poco X4 Pro smartfonu 256 GB-a qədər yaddaş seçimlərinə malik olacaq. 108 MP əsas kamerası olan smartfonun digər kameraları haqqında məlumat paylaşılmayıb. 5000 mAh batare istifadə edən cihaz 67W sürətli şarj ilə bu batareyanı doldura biləcək. Android 11 MİUİ 13 istifadə edən Poco X4 Pro smartfonunun 4G versiyası da təsdiqlənib. İstəyən istifadəçilər 5G-li versiya yerinə 4G-li versiyanı ala biləcəklər. 5G modemi olmayan versiya 5G-li modelə nəzərən daha ucuz olacaq.

 Qeyd edək ki, Xiaomi şirkəti digər çinli şirkətlərin etdiyi strategiyanı edərək Poco komandasını şirkətdən ayırıb. Beləliklə Poco komandası öz smartfonlarının proqram təminatını hazırlayırlar. Əslində bu addım nə qədər uğurlu olaraq görünsə də istifadəçilərin şikayətləri var. Poco komandasının yeni olması səbəbilə smartfonlarındakı problemləri gec həll etməsi və ya edə bilməməsi istifadəçiləri qəzəbləndirir. Buna görə də Poco istifadəçiləri yavaş-yavaş Redmi və Xiaomi smartfonlarına keçirlər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab