Google qatlana bilən Pixel smartfonu üzərində işləyir: Google Pixel Fold

Google qatlana bilən Pixel smartfonu üzərində işləyir: Google Pixel Fold

                Qatlana bilən ekranlı smartfonlar artıq texnologiya dünyasında bir xeyli rəğbət qazanıb. Android 12L Beta versiyasında aşkarlanmış kodlara əsasən Google şirkətinin də qatlana bilən smartfon üzərində işlədiyi məlum idi.

               İndi isə Android 12L Beta 2-da aşkarlanan animasiyalarına görə bu artıq təsdiqlənmiş oldu. Animasiyalara əsasən Pixel Fold smartfonu açılan zaman 7.6 düym böyüklüyündə ekrana malik olacaq. Smartfonun nə kimi parametrləri olacağı bəlli deyil, lakin Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.Bir digər təxmin isə smartfonun bu ilin 2-ci yarsında satışa çıxarılmasıdır. 

Şərhlər