Çinli smartfon markası Oppo özünün ilk
planşeti Oppo Pad-ı təqdim edib. Qurulduğu vaxtdan indiyə qədər planşet
bazarından uzaq duran şirkət nəhayət ilk planşetini təqdim etdi. Bir çinli
marka daha planşet bazarında öz yerini aldı.
Əvvəlki məlumatlara görə Oppo şirkəti
alt brendi olan Realme ilə planşet bazarına girməyi düşünürdü. Lakin şirkət bu
qərardan imtina etdi və özü ilk planşetini təqdim etdi. Oppo Pad adlı planşet
11 düymlük LTSP LCD ekran ilə təchiz olunub. Snapdragon 870 çipindən güc alan
bu cihaz 6 GB və 8 GB olmaqla iki ram seçiminə malik olacaq. 128 GB və 256 GB
yaddaş seçimləri ilə gələn Oppo Pad 13 MP arxa kamera və 8 MP ön kamera ilə təchiz
olunub. 8300 mAh batareyası olan planşet 33W sürətli şarj texnologiyası ilə bu
batareyanı doldura bilir. 6 GB/128 GB versiyası 363 dollara, 8 GB/256 GB
versiyası isə 474 dollara satılacaq. Həmçinin 6.99 mm qalınlığı olan bu planşet
120 Hz ekran yeniləmə dəyəri ilə dəstəklənib. Bu ekranda HDR10 dəstəyi də mövcuddur.
Bundan başqa Oppo Pencil qələm dəstəyi də istifadəçilərə təqdim edilib. 79
dollara satılan bu qələm planşetdən ayrı olaraq satın alına bilər.
Qeyd edək ki, Oppo şirkəti Çinin ən böyük
şirkətlərindən biridir və bir çox alt brendi mövcuddur.Bunlardan ən çox bilinəni
OnePlus və Realme-dir. Şirkət yaxın zamanlarda verdiyi qərara əsasən alt brendləri
ilə uzaqlaşmaq yerinə daha sıx işləməyə başlayacaqlar. Beləliklə 3 smartfon
markası ortaq texnologiyaları istifadə edərək öz ekosistemlərini yaradacaqlar.