TELSAT.AZ - Elan yerləşdir
  • 2352

Nvidia şirkəti ARM-ı almaqdan imtina edib

    Nvidia şirkəti ARM-ı 40 milyard dollara almaqdan imtina edib. 13 Sentyabr 2020-də Nvidia ARM şirkətini 40 milyard dollara alacağını bəyan etmişdi. Beləliklə şirkət ARM-ın bütün texnologiyalarından faydalanmağı planlayırdı. Lakin 2 ildir davam edən alış prosesi uğursuzluqla nəticələnib.

    Bu imtinanın əsas səbəbi Google, Microsoft, Qualcomm kimi ARM ilə işbirliyi edən şirkətlərin etirazları və monopoliyanı izləyən dövlət qurumlarının razılığının olmaması olub. Beləliklə 40 milyard dollarlıq alış prosesi baş tuta bilməyib. FTC kimi monopoliyanı nizamlayan və izləyən qurumlar Nvidia şirkətinin ARM-ı almasına icazə verməyib. Bunun əsas səbəbi olaraq isə ARM kimi texnologiya nəhəngi Nvidia-a satılarsa monopoliyanın ola bilməsidir. Nvidia tərəfindən nizamlayıcı qurumlara verilən sənədlər razılıq üçün yetərli hesab edilməyib. Buna görə də ARM-ın əsas sahibi olan Softbank Group ilə Nvidia şirkəti müqavilənin ləğv edildiyini bildirib. Verilən qərardan sonra Nvidia şirkətinin müqaviləyə əsasən 1.2 milyard dollar təzminat verməsi planlaşdırılıb. ARM şirkətinin rəsmiləri bildirib ki, bu qərardan sonra ARM-ın hissə sənədləri xalqa açıq elan ediləcək və istəyən şəxslər şirkətdən hissə sənədi ala biləcəklər. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab