TELSAT.AZ - Elan yerləşdir
  • 3561

Nvidia-nın yeni “əjdaha” videokartı RTX 4090-la bağlı ilk məlumatlar yayımlandı

 Videokart istehsalçısı Nvidia-nın yeni “əjdaha” videokartı RTX 4090 ilə bağlı ilk məlumatlar yayımlanıb. Məlumatlara görə RTX 4090 videokartı 600W-a yaxın enerji istifadə edəcək. Qeyd edək ki, bu göstərici çox yüksəkdir.

 Videokart bazarının lideri olan Nvidia şirkəti yeni Ada Lovelace arxitekturası əsasında hazırlanan RTX 4000 seriyası videokartları təqdim etməyə hazırlaşır. Bu seriyanın ən güclü modeli olan RTX 4090 ilə bağlı ilkin məlumatlar sızdırılıb. Kopite7kimi ləqəbli Twitter istifadəçisinin paylaşdığı məlumatlara görə RTX 4090 videokartı 600W enerji istifadə edəcək. Bu da çox yüksək rəqəm hesab edilir. Yeni videokartlart TSMC şirkətinin 5 nm istehsal metodu ilə hazırlanacaq. Ciddi performans artışı vəd edən Nvidia şirkəti videokartların daha çox güc istifadə etməsinə mane ola bilməyib. Həmçinin mənbələr iddia edir ki, bu videokartlar 850W-a qədər güc istifadə edə bilərlər. RTX 4000 seriyasının bu qədər güc tələb etməsi soyutma sistemi istehsal edən markaları bir xeyli çətinə salacaq. Bundan başqa istifadəçilər də bu rəqəmlərdən məmnun deyil. Yeni videokartlar üçün bir çox istifadəçi yeni qida bloku (psu) almalı olacaq.

 Bu səbəblə yeni videokartların PCİe Gen 5 güc naqili ilə dəstəklənməsi və 16 Pinlik 675W güc ötürə bilən tək naqil ilə istifadə edilməsi gözlənilir. Həmçinin yeni RTX 4000 seriyasının əvvəlki seriyaya nəzərən daha baha olacağı gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab