TELSAT.AZ - Elan yerləşdir
  • 2545

Nvidia RTX 3090 Ti gözləntiləri qarşılamaya bilər: Performans məlumatları gəldi

 RTX 4000 seriyası üzərində işləyən Nvidia-dan RTX 3090 Ti videokartının performans məlumatları yayımlanıb. Yanvar ayında təqdim olunan RTX 3090 Ti videokartı gözləntiləri qarşılamaya bilər.

 Nvidia şirkəti hal-hazıda növbəti videokart seriyası olan RTX 4000 – üzərində işləyir. Ötən Yanvar ayında şirkət özünün ən güclü videokartı olan RTX 3090 Ti modelini təqdim etmişdi. Lakin aylar keçməsinə baxmayaraq istehsal problemləri səbəbilə videokartın satışa çıxması gecikirdi. İndi isə bu videokartın performans məlumatları yayımlanıb. Görünən odur ki, RTX 3090 Ti modeli gözlənildiyi qədər güclü olmayacaq. CapFrameX tərəfindən verilən məlumatlara görə RTX 3090 Ti modeli RTX 3090-a görə sadəcə 10% daha güclü olacaq. Bu da istifadəçilərin gözlədiyi performans artımı deyil. Həmçinin CapFrameX iddia edir ki, yeni videokartın performansı müxtəlif ekran ölçülərində hətta sadəcə 5% güclü ola bilər.

 RTX 3090 Ti modeli 43 TFLOP gücə malik olacaq. RTX 3090-a nəzərən daha çox enerji istifadə edəcək və həmçinin daha sürətli nüvələrə malik olacaq. Qeyd edək ki, son günlərdə Nvidia şirkətinin kod adı “Ada Lovelace” olan RTX 4000 videokartlarının 600W-a qədər enerji istifadə edəcəyindən bəhs edilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab