- 1872
Motorola Tab G70 təqdim olundu
Tablet/Planşet ekosistemində sadəcə bir
neçə şirkətin aktiv olaraq məhsul hazırladığını nəzərə alsaq Motorola şirkəti
Tab G70 ilə bir xeyli istifadəçini sevindirdi. Brazilyada təqdimatı keçirilən və
təqdimatdan həmən sonra satışa çıxan Motorola Tab G70 parametrləri ilə orta seqment
iPad-lərə rəqib olması planlanır.
Brazilyada 433 dollardan satışa çıxan Tab G70 planşeti sadəcə yaşıl rənglə təqdim edilib. Dolby Atmos dəstəyi olan planşet 4 GB ram və 64 GB daxili yaddaş ilə təchiz olunub. İPS LCD ekranı olan bu model MediaTek Helio G90T çipseti ilə gücləndirilib.7700 mAh batareyası və 20W sürətli şarjı dəstəkləyən Motoral Tab G70 planşetinin qlobal bazarda nə vaxt satışa çıxacağı bəlli deyil.
Bütün parametrlər:
- Ekran:
11 düym FHD+ 60 Hz İPS LCD
- Prosessor:
MediaTek Helio G90T
- Yaddaş:
64 GB
- Ram:
4GB
- Arxa
kamera: 13 MP
- Ön
kamera: 8 MP
- Batareya: 7700 mAh 20W sürətli şarj
- Əməliyyat
sistemi: Android 11