TELSAT.AZ - Elan yerləşdir
  • 2385

Microsoft, Windows 11 üçün optimizasiyalar edib: Daha sürətli və performanslı

 Microsoft şirkəti DirectStorage APİ və sürət optimizasiyalarını Windows 11-ə tətbiq edib. Yeni əməliyyat sistemi sürət və performans istəyən istifadəçiləri bir xeyli məmnun edəcək.

 Aylar əvvəl Windows 11-i yayımlayan Microsoft bildirmişdi ki, 2022-ci ildən etibarən Windows 11 üçün çox ciddi optimizasiyalar tətbiq ediləcək. Bununla da yeni əməliyyat sistemi həm daha sürətli, həm daha performanslı olacaq. Görünən odur ki, şirkət sözünü tutmağa başlayıb. İstifadəçilərin ən böyük şikayətlərindən biri Windows 11-də sağ klik menyusunun yavaş açılması idi. Microsoft rəsmiləri bildirib ki, Windows 11-in 22572 nömrəli önizləmə versiyası ilə birliktə bu problem aradan qalxıb. Bu versiyanı istifadə edən istifadəçilər də bunu təsdiqləyib. Beləki əvvəlki versiyalarda sağ klik menyusunun açılması 1-2 saniyə gecikirdi və bu da istifadəçilərə sistemin yavaş olduğunu hiss etdirir. İndi isə artıq bu problem aradan qalxıb.

 Microsoft-un Windows 11-ə tətbiq etdiyi bir digər optimizasiya isə DirectStorage API dəstəyinin verilməsi oldu. Oyun konsollarında istifadə edilən bu texnologiya oyunların daha sürətli açılmasını və daha çox performans verməsini təmin edir. Bu texnologiyanın iş prinsipini belə izah edə bilərik. Normal halda oyunlar yaddaş qurğularından əvvəlcə prosessora, sonra isə videokarta ötürülür. Prosessorların data ötürmə ilə bağlı limitləri olduğu üçün bu prosesor qismən məhdudlaşır. DirectStorage API dəstəyi ilə birliktə oyun faylları artıq yaddaş qurğularından birbaşa videokarta ötürülə biləcək. Bu da oyunların daha sürətli render edilməsini və açılmasını təmin edəcək. Lakin bu texnologiyanın istifadə edilməsi üçün kompterinizdəki yaddaş qurğusu Hard Disk yox, SSD olmalıdır. Çünki SSD yaddaş qurğuları ənənəvi Hard disklərə görə daha yüksək fayl ötürmə sürətinə malikdir. Microsoft rəsmiləri bildirib ki, bundan sonra bütün Windows üçün hazırlanan oyunlar DirectStorage API dəstəyinə malik olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab