TELSAT.AZ - Elan yerləşdir
  • 2718

Meta, məlumatların gizliliyini təmin edə bilmədiyi üçün 17 milyon avro cərimələnib

 FacebookInstagram və WhatsApp-ın sahibi olan Meta şirkəti yenə cərimələnib. Mark Zuckerberg-ə aid Meta şirkəti istifadəçi məlumatlarının təhlükəsizliyini təmin edə bilmədiyi üçün 17 milyon avro ödəyəcək.

 

 Köhnə adı ilə Facebook kimi bilinən Meta şirkəti Avropadakı istifadəçilərin məlumatlarının gizliliyini təmin edə bilmədiyi üçün Data Qoruma Komissiyası tərəfindən 17 milyon avro cərimələnib. Bilindiyi üzrə Avropa Birliyi istifadəçilərin məlumatlarını qorumaq üçün GDPR adında bir qanun çıxarıb. Meta şirkəti isə bu 12 məlumat təhlükəsizliyi problemi səbəbilə bu qanunun tələblərini ödəyə bilməyib. Buna görə də cərimələnib. Qeyd edək ki, davam edən araşdırma mərhələsi hələ 2018-ci ildə başlamışdı. 4 il sonra araşdırmaların bitməsi və təsdiqlənməsi səbəbilə Meta şirkəti bu cəzalardan qurtula bilməyib. Daha əvvəl WhatsApp da bu qanunlar səbəbilə 225 milyon avro cərimələndirilmişdi. Həmçinin Twitter-ə də müxtəlif cərimələr tətbiq edən Data Qoruma Komissiyası indi də Instagram-ı araşdırma altına alıb. Beləki əsas şübhələr belədir ki, Instagram platforması uşaqların məlumat gizliliyini təmin etmək üçün heç bir addım atmayıb. Bu səbəbdən güman olunur ki, Instagram da bu cərimələrdən öz payını alacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab