- 2283
MediaTek şirkəti Wi-Fi 7 şəbəkəsini təqdim edən ilk şirkət oldu
Tayvan mərkəzli MediaTek şirkəti dünyada
Wi-Fi 7 (IEEE 802.11be) şəbəkəsinin təqdimatını keçirən ilk şirkət oldu. Wi-Fi 7
texnologiyası AR/VR tətbiqlər, bulud oyun sistemi, 8K video yayımlama və daha çoxu
üçün ideal hesab edilir.
MediaTek
təqdimat zamanı multi-link operation (MLO) texnologiyasının önəmindən bəhs
etdi. Bu texnologiya ilə artıq ötürmə zamanı gecikmələr ciddi bir şəkildə
azalacaq. Həmçinin Wi-Fi 7 texnologiyası 2.4 Ghz, 5 Ghz və 6 Ghz tezliklərində
işləyə biləcək. Bu texnologiya Wi-Fi 6-a nəzərən 2.4 dəfə daha sürətli məlumat
ötürə bilir. Wi-Fi 7 texnologiyasının 2023-cü ildə ümumi istifadəyə verilməsi nəzərdə
tutulur.