Android telefonlarının qabaqcıl prosessorları olan MediaTek 9000 və Qualcomm Snapdragon 8 Gen 1 arasında rəqabət qızışır. AnTuTu hesablarına görə, mart ayının ən güclü android telefonları açıqlanıb. Smartfon sənayesində rəqabət sürətlə davam edir. Məşhur bençmark və müqayisə tətbiqi AnTuTu mart ayının ən güclü android telefonlarını açıqladı.
Qualcomm liderliyini davam etdirir. Paylaşılan siyahıya görə, çipset tərəfində Snapdragon 8 Gen 1-in rəqibi olan Dimensity 9000 ilə kifayət qədər iddialı olan MediaTek, performans baxımından ipləri Qualcomm-a buraxdı. Cədvəldə qeyd olunan 10 cihazdan 8-i Snapdragon-un flaqmanı 8 Gen 1-i əhatə etdiyi halda, keçən fevral ayında təqdim edilən Nubia Red Magic 7 Pro tətbiqetmədə 1.037.315 bala çataraq birinci yerə çıxdı.Dimensity 9000 və Snapdragon 8 Gen 1-dən başqa çipin olmadığı cədvəlin davamında bir milyonu aşan xalla Vivo-nun IQQ 9 seriyası ikinci və üçüncü yerdədir. Bununla belə, MediaTek-in Dimensity 9000 çipindən istifadə edən və bir milyona yaxın xal toplayan Redmi K50 Pro və OPPO Find X5 Pro dördüncü və altıncı yerdə qərarlaşıb. Qualcomm-un Snapdragon 8 Gen 1 çipi ilə siyahıdakı digər modellər müvafiq olaraq Xiaomi 12 Pro, Realme GT2 Pro, Motorola Edge X30 və Redmi K50 Gaming idi.