TELSAT.AZ - Elan yerləşdir
  • 2575

Geekbench təsdiqlədi: iPhone SE 3 modeli iPhone 13 ilə eyni performansı verir

 Ötən günlərdə təqdim olunan iPhone SE 3 smartfonu iPhone 13 ilə eyni performansı verir. Bu məlumat Geekbench tərəfindən təsdiqlənib. Qeyd edək ki, Geekbench smartfonların performanslarını test edən platformadır.

 Peek Performance təqdimatında göstərilən iPhone SE 3 smartfonu iPhone 13 ilə eyni prosessoru istifadə edir. Lakin istifadəçilər narahat idi ki, dizayn səbəbilə Apple şirkəti iPhone SE 3 modelində prosessorun performansını limitləyə bilər. İndi isə Geekbench tərəfindən təsdiqlənən məlumatlara görə Apple şirkəti iPhone SE 3 modelində performans limiti tətbiq etməyib. Yəni hər iki telefon eyni performansı göstərir. Hər iki smartfonun A15 Bionic prosessorundan istifadə etdiyini nəzərə alsaq nəticələr yaxın çıxıb. Beləki iPhone SE 3 smartfonu Geekbench testlərində tək nüvədə 1965 xal, çox nüvədə isə 4021 xal toplayıb. iPhone 13-un nəticələri isə tək nüvədə 1972 xal, çox nüvədə isə 4481 olub. Mütəxəssislər bildirir ki, aradakı xal fərqi real istifadə zamanı heçnəyə təsir etməyəcək.

 Lakin qeyd etməliyik ki, isinmə və performansın uzun müddət qorunması cəhətindən iPhone 13 daha öndədir. Bunun əsas səbəbi daha böyük gövdəsi olduğu üçün daha yaxşı soyutma sisteminin istifadə edilməsidir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab