TELSAT.AZ - Elan yerləşdir
  • 2239

iPhone 14 avtofokuslu ön kamera ilə gələcək

 Apple analitiki kimi tanıdığımız Ming-Chi Kuo iPhone 14-ün ön kamerası ilə bağlı proqnozlarını paylaşıb. Kuonun sözlərinə görə, şirkət özünün yeni nəsil smartfonlarında selfi kamerasını təkmilləşdirərək onu digər brendlərin flaqmanlarının xüsusiyyətlərinə yaxınlaşdıracaq.

 Təcrübəli analitik deyir ki, dörd iPhone 14 modelinin hamısı son iki ildə buraxılan modellərdən daha yaxşı ön kamera ilə təchiz olunacaq. Sensorun dəyişib-dəyişməyəcəyi bəlli deyil, lakin məlumat ondan ibarətdir ki, o, avtofokus funksiyasına malik olacaq və apertura f/2.2-dən f/1.9-a qədər azalacaq. Növbəti nəsil iPhone-larda bu kamera təkmilləşdirilməsi selfi və ya portret rejimi üçün daha yaxşı səhnə dərinliyi təmin edəcək, həmçinin video zənglər və canlı yayımlar zamanı fokus keyfiyyətini yaxşılaşdıracaq. O, həmçinin zəif işıqda çəkiliş performansına müsbət təsir göstərəcək.

 Yadınızdadırsa, daha əvvəl bildirilmişdi ki, Apple iPhone 14 Pro modellərinə 48 meqapiksellik əsas kamera daxil etməyi planlaşdırır. Kuonun sözlərinə görə, yenilənmiş ön kamera dörd yeni iPhone 14 modelinin hamısında istifadə olunacaq. Beləliklə, bu, yalnız Pro seriyasına eksklüziv təkmilləşdirmə olmayacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab