TELSAT.AZ - Elan yerləşdir
  • 520

iOS 19 ilə ictimai Wi-Fi-a giriş dərdiniz bitir

iOS 19-da Wi-Fi bağlantısı daha da asanlaşır – tələbələr üçün əla xəbər!

WWDC 2025 tədbirinə sayılı günlər qalmış iOS 19 haqqında yeni detallar üzə çıxır. Yeni sızan məlumatlara əsasən, Apple bu dəfə ictimai Wi-Fi şəbəkələrinə avtomatik qoşulma prosesini xeyli asanlaşdıracaq.

Apple ekosistemində yeni dövr: iOS 19-un istifadəçi yönümlü funksiyası

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, yaxın zamanda təşkil ediləcək WWDC 2025 tədbirində macOS, visionOS, iOS, iPadOS, tvOS watchOS əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcək. Tədbirə az vaxt qaldıqca, xüsusilə iOS 19 ilə bağlı sızmalar daha da artmaqdadır.

Bloomberg yazarı və Apple-a yaxınlığı ilə tanınan Mark Gurman, iOS 19-a əlavə ediləcək səmərəli və sadə bir funksiyadan danışıb. Bu yenilik, süni intellekt və Apple ekosistemi sinxronizasiyası ilə əlaqəli maraqlı imkanlar vəd edir.

Bir cihaz bağlansın, hamısı qoşulsun!

İddiaya görə, Apple hazırda üzərində işlədiyi bu funksiyanı iOS 19-a əlavə etməyi planlaşdırır. Bu xüsusiyyət sayəsində, bir Apple cihazınız ictimai Wi-Fi şəbəkəsinə bağlandıqda, eyni Apple hesabına bağlı digər cihazlar yenidən giriş və qeydiyyat zərurəti olmadan avtomatik şəbəkəyə qoşula biləcək.

Bu xüsusiyyət, xüsusilə tələbələr, səyyahlar və çoxlu Apple cihazı istifadə edənlər üçün böyük rahatlıq yaradacaq. Bəzi istifadəçilər üçün bu funksiya kiçik görünə bilər, lakin real həyat təcrübəsinə təsiri böyük olacaq.

Apple-ın gözlənilən iOS 19 əməliyyat sisteminin iyun ayında təqdim olunması, sentyabr və ya oktyabrda isə yayımlanması gözlənilir.

Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab