TELSAT.AZ - Elan yerləşdir
  • 3685

İnstaqramdan blokladığınız hesablarla bağlı yenilik!

Instaqram yeni tənzimlənmə paylaşıb. "İstifadəçiləri sui-istifadədən necə qoruduğumuz haqqında yenilikləri" təqdim edərək rəsmi olaraq yeni dövrün başlanğıcını elan etdi. Kimisə blokladığınız vaxt həmin şəxsin digər hesabları da avtomatik olaraq bloklanırdı. Beləliklə, bu adam sizinlə yenidən ünsiyyət qura bilmirdi. Belə ki keçən il qüvvəyə minmiş yeni bloklama mexanikası həm sizi narahat edən şəxsin hesabını bloklamaq, həm də həmin şəxsin yarada biləcəyi yeni hesabları bloklamaq imkanı verdi. İndi isə bu şəxsin çoxdan yaratdığı digər hesablar da bloklanacaq. Müvafiq elanda edilən digər bənd zərərli məzmunun avtomatik filtrasiyası ilə bağlıdır.

Kontent yaradıcıları qorunur

İndi kontent sahibləri (influencerlər) üçün "Yaradıcı hesabı" olacaq. Bu hesabı istifadə edən insanlar "Hidden Words" funksiyasını əvvəlcədən aktivləşdirməyə ehtiyac olmadan dərhal istifadə edə biləcəklər. Belə bir üstünlükdən yararlanmaq istəyən kontent sahiblərinin on mindən çox izləyicisi olmalıdır. İstəyənlər bu sistemi deaktiv edə bilər. İnsanları təhqiramiz şərhlərdən və digər zərərli məzmunlardan (məsələn, fırıldaqçılardan) qoruduğu iddia edilən "Hidden Words" hekayə qoyan insanları da qoruyacaq. Bu insanlara da təzyiq edilməyəcək. Eyni zamanda bloqçulara mesaj göndəriləndə insanlara hörmətli olmaları dəfələrlə xatırladılacaq.Bundan əlavə, təhqiredici mesajlar və ya kobud şərhlər göndərən insanları dürtmək mexanizmi  də olacaq.

Təhqir, təhdid, bir sözlə, etikadan kənar mesaj göndərmək istəyən insanların qarşısına xəbərdarlıq çıxacaq və bu xəbərdarlıq həmin şəxsə göstərdiyi davranışın pis seçim olduğunu bildirəcək. Bu sistem hazırda ingilis, portuqal, ispan, fransız, çin və ya ərəb dillərində təqdim ediləcək. İzləmədiyiniz insanlardan (həmçinin "Hekayə" yazıları üçün) təhqiredici mesajlar "Sorğular" qovluğunun "Gizli Sorğular" bölməsinə köçürüləcək.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab