TELSAT.AZ - Elan yerləşdir
  • 2576

Instagram-a yeni bir funksiya gəldi: Hekayələri bəyənmək

 Artıq istifadəçilər Instagram hekayələrini postlar kimi bəyənə (like) biləcəklər. Şirkət bir müddətdir ki, yeni funksiya üzərində işləyirdi. Nəhayət yeni funksiya istifadəçilərə təqdim edilib.

 Bilindiyi kimi Instagram-da paylaşılan hekayələrə reaksiyalar bildirmək olur. Bu halda hekayəni paylaşan istifadəçiyə bildiriş gedirdi. Lakin dünən axşam Instagram CEO-su Adam Mosseri bildirib ki, artıq istifadəçilər hekayələri bəyənə biləcəklər. Bu funksiya Instagram postlarında istifadə edilən kimi olacaq. Lakin tək fərq odur ki, digər istifadəçiyə bildiriş getməyəcək. Digər tərəfdən hekayəni paylaşan istifadəçi kimlərin bəyəndiyini görə biləcək. Bunun üçün hekayəyə baxanlar bölməsində like edənlərin qarşısında kiçik bir ürək simvolu göstəriləcək. Beləliklə kimlərin like etdiyi bilinəcək.

 Adam Mosseri bildirib ki, yeni funksiyanın əsas məqsədi insanların bir-birinə daha çox dəstək verməsidir. Lakin həm də özəl mesajları qismən təmizləməkdir. Beləliklə Instagram DM-ləri reaksiya bildirişləri ilə dolmayacaq. Qeyd edək ki,yeni funksiya yavaş-yavaş hər kəs üçün aktivləşdirilməyə başlanıb. Önümüzdəki tarixlərdə bizim ölkədə də aktivləşdiriləcəkdir. Bundan başqa bu il ərzində Instagram bir çox yeni funksiya təqdim etməyi planlayır. Bunlardan ən vacibi isə ana səhifədə postların sıralanması olacaq. Beləliklə istifadəçilər bəyəndikləri səhifələrin postlarını ana səhifədə daha çox görə biləcəklər. Əlavə olaraq Instagram-ın iPad versiyasının da hazırlanması müzakirə olunur. Lakin rəsmi mənbələr bu haqda fikir bildirməyib. Bundan bir neçə il öncə Instagram rəsmiləri iPad-lər üçün Instagram-ın hazırlanmasını müzakirə etmədiklərini bildirmişdi.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab