"iPhone 15"in dizaynı tamamilə fərqli olacaq: Dairəvi künclər

"iPhone 15"in dizaynı tamamilə fərqli olacaq: Dairəvi künclər

Artıq "iPhone 15"in dizaynı haqqında danışılmağa başlanıb. Bu cihazın rəsmi buraxılışına hələ təxminən bir il var. Belə şayiələr var ki, Apple bu model üçün işlənmiş dizayndan istifadə etmək istəyir.

"iPhone 15"-in dizaynı "MacBook"a bənzəyəcəkmi?

iPhone 15 və iPhone 15 Pro cütlüyünün düz arxa dizayna sahib olmayacağı iddia edilir. Bu modellər düz ön dizayna və yuvarlaq künclərə malik olacaq. Bir sözlə, kvadrat kənarlarla vidalaşa bilərlər. Bu dizaynın iPhone 5C-ni xatırlatdığını düşünənlər də var. Apple bu smartfonun plastik konstruksiyasını təkrar istifadə etməyəcək. Görünür, Apple hazırda M1 və M2 prosessorlarına əsaslanan MacBook modellərindəki korpusların dizaynını götürəcək. Apple öz dizüstü kompüterlərində də oxşar dizayndan istifadə edirdi. Müvafiq iddianın sahibi "iPhone 15"in belə bir yanaşma ilə çıxacağına inanır. Təbii ki, bu söz-söhbətlər sadəcə bir iddiadır. Amerika texnologiya şirkəti hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.

Şərhlər