TELSAT.AZ - Elan yerləşdir
  • 3380

iPhone 14 modellərində SİM- kart yuvası yoxdur!

ABŞ-dakı bütün iPhone 14 modellərində artıq fiziki SİM- kart yuvası yoxdur. Bu o deməkdir ki, bu il köhnə cihazınızdan SİM- kartı çıxarıb, yeni iPhone 14-ə taxmaq mümkün olmayacaq. Beləliklə, bu necə işləyəcək? Bütün ABŞ iPhone 14 modelləri indi yalnız ikili eSIM dəstəyi ilə təchiz olunduğu üçün hər şey elektron şəkildə baş verəcək. eSIM istifadəçiyə mağazaya getmədən və ya fiziki kartı gözləmədən nömrəni aktivləşdirməyə imkan verən rəqəmsal SİM-dir, bütün işlər rəqəmsalda (dijitalda) aparılır. Yəni siz nömrəni mağazadan almırsınız, onu onlayn olaraq alıb, aktivləşdirirsiniz.

Nəzərə alın ki, ABŞ-da satılan iPhone 14 modelləri fiziki SİM-kart dəstəyinə malik olmayacaq, ABŞ xaricindəki iPhone 14 cihazlarında isə ənənəvi SİM qabı və bir eSIM dəstəyi var. Onu da qeyd etməliyik ki, eSIM ilə siz fiziki SİM-kart bütün imkanlarına maliksiniz: 4G LTE və 5G operator şəbəkələrinə tam giriş, eyni əhatə dairəsi, hər şey eynidir. Əslində, eSIM 2018-ci ildən bəri iPhone XS və XR seriyalarında seçim kimi mövcud idi. Yəni sizə həm eSiM, həm də Sim-kart yuvası təklif edirdi. Lakin indi dəyişən odur ki, o, artıq seçim deyil, yeganə yoldur. 

Bu təkcə ABŞ-dakı iPhone-lərə aiddir və bu ərazi lə məhdudlaşır. Digər ölkələrə və bizə gəlməyib. Nə vaxt gələcəyi haqqında da məlumat yoxdur.  

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab