TELSAT.AZ - Elan yerləşdir
  • 2816

iPhone 17 Pro və Pro Max ilə gözlənilən 8 yeni xüsusiyyət

Apple-ın 2025-ci ildə təqdim edəcəyi iPhone 17 Pro və 17 Pro Max modelləri, yenilənmiş dizaynı, A19 Pro çipi və təkmilləşdirilmiş kamerası ilə böyük dəyişikliklər gətirəcək. 


iPhone 17 Pro və Pro Max nə vəd edir?

2025-ci il, 2017-ci ildə təqdim olunan iPhone X-dən bəri ən böyük dizayn dəyişikliyinə şahidlik edə bilər. Sızıntılara görə, iPhone 17 Plus-ın yerini yeni bir model – iPhone 17 Air ala bilər. Lakin ən çox diqqət, adətə uyğun olaraq iPhone 17 Pro və Pro Max modellərinə yönəlib. Bu yenilikləri sizin üçün topladıq:


Alüminium çərçivə və daha yüksək performans

Yeni modellərdə alüminium çərçivənin istifadəsi planlaşdırılır. Hal-hazırda iPhone 15 Pro və iPhone 16 Pro modellərində titanyum materialdan istifadə olunur. Alüminium isə daha yüngül və erqonomik bir struktur təqdim edəcək. Bundan əlavə, alüminium və şüşə qarışımı dizayn arxa tərəfdə tətbiq edilə bilər.

Kamera modulu da ciddi dəyişikliklərə məruz qalacaq. Daha böyük və dördbucaqlı kamera çıxıntısı, həmçinin 48 MP telefoto linza gözlənilir. iPhone 16 Pro-nun 12 MP ilə məhdud olduğunu  nəzərə alsaq, bu böyük bir irəliləyişdir. Eyni zamanda, bütün iPhone 17 seriyasında 24 MP-lik yeni ön kamera istifadə ediləcək.


Təkmilləşdirilmiş çip və daha güclü RAM

A19 Pro çipi ilə təchiz ediləcək iPhone 17 Pro modelləri, performans və enerji səmərəliliyi baxımından əhəmiyyətli irəliləyişlər vəd edir. Bu çip TSMC-nin 3-cü nəsil 3nm texnologiyası ilə hazırlanıb. Bundan əlavə, RAM həcmində də artım gözlənilir – 8 GB-dan 12 GB-a qədər yüksəliş.

Son olaraq, iPhone 17 Pro modelləri daha kiçik bir Dynamic Island (Dinamik Ada) dizaynı ilə təqdim ediləcək. Həmçinin Apple-ın Wi-Fi 7 çipi ilə bağlantı sürətini artırması gözlənilir. Əlbəttə ki, bu yeniliklərin hamısının təsdiqlənməsi üçün bir qədər gözləməliyik.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab