TELSAT.AZ - Elan yerləşdir
  • 2717

iPhone 15 seriyasını gözləyənlərə pis xəbər: gecikə bilər

“Apple”ın iPhone 15 seriyasını təqdim etməsi "bir neçə həftə gecikə bilər". İddialar doğrudursa, iPhone 15 seriyası sentyabda çıxmayacaq. Bu iddianı irəli sürən Bank of America-nın analitiki Wamsi Mohan daha əvvəl iPhone 12 seriyasının təxirə salınacağını da düzgün proqnozlaşdırmışdı.

“Apple”ın tədarük zəncirlərini araşdıran analitikin qiymətləndirməsinə görə, iPhone 15 seriyası ənənəvi sentyabr təqdimatını qaçıra və oktyabr ayına qədər gecikə bilər. Analitik qeyd edir ki, gecikmənin təsiri ilə “Apple”ın üçüncü rüb gəlirləri də azala və ya gözləntilərin altında ola bilər. Üçüncü rübdə “Apple”ın 48 milyon iPhone satacağını bildirir ki, bu da gözləntilərdən üç milyon aşağıdır. Bununla belə, Mohan “Apple”ın nə üçün iPhone 15 seriyasının təqdimatını təxirə salacağını açıqlamayıb.

Apple keçən ilin sentyabrın 7-də iPhone 14 seriyasını tanıtmış, sentyabrın 16-da iPhone 14, iPhone 14 Pro və Pro Max-ın satışına başlamışdı. iPhone 14 Plus isə istehsaldakı problemə görə oktyabrın 7-də buraxıldı. Apple 24 sentyabrda iPhone 13 seriyasını təqdim etdi. Mohanın düzgün proqnozlaşdırdığı iPhone 12 seriyası oktyabrın 23-də buraxıldı. Mohan iPhone 15-in gecikməsi ilə bağlı da haqlıdırsa, digər mənbələrin də çox keçmədən bunu təsdiqləməsini gözləyə bilərik.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab