iPhone 15 Pro və Pro Max-ın ən aydın görünən fotoları!

iPhone 15 Pro və Pro Max-ın ən aydın görünən fotoları!

Sentyabrda satışa çıxarılacaq iPhone 15 seriyası haqqında yeni xəbərlər gəlməkdədir. Yeni nəsil iPhone ailəsi mühüm dizayn yenilikləri və qabaqcıl kamera sensorları ilə gələcək. İndi isə Apple iPhone 15 Pro və Pro Max-ın yeni renderləri paylaşıldı. 9to5Mac tərəfindən paylaşılan CAD şəkilləri göstərir ki, iPhone 15 və 15 Plus əvvəlki iPhone modellərində gördüyümüz səssizə almaq düyməsini saxlayacaq.

Bilməyənlər üçün iPhone 15 Pro və Pro Max modellərində görünəcək yeni Action Button Apple Watch Ultra-a bənzər əlavə funksiyalar təqdim edəcək. Nə qədər sıxdığınızdan asılı olaraq aşağıdakı funksiyaları yerinə yetirəcəyi bildirilir.

Yüngül basma– Kamera fokus

Sərt basma - Şəkil çəkmə

Sərt basıb saxlamaq - Video çəkmə

Şəkillərə baxdığımızda iPhone 15 Pro-dakı kamera adasının əvvəlki şəkillərlə müqayisədə daha az çıxıntılara sahib olduğunu görürük. Pro Max versiyası isə 6x böyütmə təklif edən periskop obyektivi haqqındakı şayiələri təsdiqləyərək daha böyük çıxıntı ilə gəlir.

Onu da qeyd edək ki, yeni fotolar əvvəlki görüntüləri ümumi mənada təsdiqləyir. “Apple”ın qarşıdan gələn iPhone 15 seriyasını 2023-cü ilin sentyabrında elan edəcəyi gözlənilir.

Şərhlər