TELSAT.AZ - Elan yerləşdir
  • 23942

iPhone 15 Pro haqqında ilk məlumatlar gəldi!

iPhone 14 seriyası yeni təqdim olunsa da, gözlər artıq 2023-cü ilin sentyabrında satışa çıxarılacaq növbəti iPhone seriyasındadır. TrendForce-un son hesabatı iPhone 15 Pro haqqındakı vacib məlumatları təqdim edib.

Zəhlətökən CPU tətbiqi davam edəcək

Hesabatda yalnız iki Pro versiyasının daha yaxşı performans təqdim edəcək A17 çipindən istifadə edəcəyi, "Apple"ın Pro olmayan modellərinin isə bir qədər təkmilləşdirmə ilə A16 çipini təqdim etməyə davam edəcəyi proqnozlaşdırılır. Yəni şirkət "iPhone 14"ə tətbiq edilən və istehlakçıları qane etməyən bu strategiyanı davam etdirməyi planlaşdırır. TrendForce iddia edir ki, A17 prosessoruna əlavə olaraq iPhone 15 Pro modelləri "iPhone 14 Pro"dakı 6 GB-a nisbətən 8 GB RAM ilə gələcək. Qeyri-Pro cihazlarda 6 GB RAM-ın qorunacağını gözləyə bilərik.

USB-C portu gəlir

Apple yeni smartfonlarında Avropa Birliyinin vahid batareya girişi qanununa əməl edəcək. Şirkət iPhone 15 ilə Lightning konnektorunu keçmişdə qoyaraq USB-C-yə keçəcək. Cupertino onsuzda bu yaxınlarda məhsul çeşidindəki bir çox cihazı USB-C-yə köçürmüşdü.

Periskop kamerası və 8 elementli obyektiv

Tədqiqat şirkətinin hesablamalarına görə, "iPhone 15 Pro Max"da 10x və ya daha çox optik böyütmə təmin edəcək periskop funksiyasına malik telefoto obyektiv olacaq.

5G yenidən Qualcomm tərəfindən təmin ediləcək

iPhone 15 hələ də Qualcomm tərəfindən təchiz edilmiş modemlə gələcək, lakin bu modem iPhone 14 ilə eyni olacaqmı? Hesabat bunu təsdiq edə bilməz, lakin dəqiq olan odur ki, “Apple”ın öz modemi hələ hazır deyil.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab