TELSAT.AZ - Elan yerləşdir
  • 1399

iOS 18.2.1 gəlir: iPhone-lar üçün ilin son yeniləməsi ola bilər

iPhone üçün iOS 18.2.1 yaxın zamanda yayımlana bilər. Bu yeniləmə, əsasən, səhvlərin aradan qaldırılması və təhlükəsizlik problemlərinin həlli məqsədi ilə hazırlanmış kiçik ölçülü bir yeniləmə kimi gözlənilir.

Apple, iOS 18.2 final versiyasını təqdim etdikdən sonra, tərtibatçılar üçün iOS 18.3 beta 1 versiyasını buraxdı. iOS 18.3-ün ilk beta versiyası iPhone 15 Pro  və daha yeni modellərə Image PlaygroundChatGPT Siri inteqrasiyası və Genmoji kimi yeni Apple Intelligence funksiyalarını gətirdi. iOS 18.3-ün sabit versiyasının gələn ay yayımlanması gözlənilir, lakin bundan əvvəl Apple-ın iOS 18.2.1  yeniləməsini təqdim edəcəyi ehtimal olunur.


iOS 18.2.1 hansı yenilikləri gətirəcək?

iOS 18.2.1, əsasən, səhvlərin düzəldilməsi və təhlükəsizlik zəifliklərinin aradan qaldırılması üçün nəzərdə tutulmuş kiçik bir yeniləmədir. Hazırda iOS 18.2  versiyasında bəzi iPhone 16 Pro istifadəçiləri kamera və  ekran  problemləri ilə qarşılaşdıqlarını bildirirlər. Bu problemlər aradan qaldırılacaqmı, hələ məlum deyil. Yeniləmənin Dekabr ayının sonunda təqdim edilməsi gözlənilir.

Apple, Aprel ayında yayımlanması planlaşdırılan iOS 18.4 versiyasına qədər  süni intellekt funksiyalarını təqdim etməyə davam edəcək. Hazırda Apple Intelligence məhdud sayda cihazda istifadə edilə bilir və Azərbaycan dilini dəstəkləmir. Apple Intelligence, şirkətin iOS 19 inkişaf prosesinə də təsir göstərib. Mühəndislərin tamamilə iOS 19 üzərində çalışa bilmədiyi qeyd olunur. Bu arada, iOS 18-i dəstəkləyən bütün cihazların iOS 19  yeniləməsini alacağı gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab