Android smartfonların kabusu Xenomorph virusu geri qayıtdı

Android smartfonların kabusu Xenomorph virusu geri qayıtdı

 Google Play Store-da Android istifadəçilərini təhdid edən yeni Xenomorph virusu ortaya çıxıb. Virusun minlərlə Android smartfona yoluxduğu bildirilir. İstifadəçilərin bank hesabları təhlükə altındadır.

 Fırıldaqçılıq və kiber cinayətlərlə mübarizə şirkəti olan ThreatFabric tərəfindən aparılan araşdırmalara görə minlərlə Android smartfona yoluxan Xenomorph virusu aşkarlanıb. Cleaner kimi performans artdırdığını iddia edən tətbiqlərdə olan bu virus xüsusilə istifadəçilərin bank hesablarını hədəf alır. Verilən məlumata görə yeni virus 50 mindən çox Android smartfona yoluxmuş ola bilər. Xenomorph virusu Alien adlı truva atı kateqoriyasına girən virus ilə oxşar kodlara malikdir. Viruslu tətbiq smartfona yükləndikdən sonra istifadəçidən bəzi icazələri tələb edir. Bu icazələr verildiyi vaxt istifadəçidən xəbərsiz bank hesablarında əməliyyatlar aparıla bilir. Bütün bunları edən Xenomorph virusu SMS bildirişlərini deaktiv edərək istifadəçinin xəbər tutmamasını mümkün edir.

 İspaniya, İtaliya Belçika kimi bir çox Avropalı finans qurumlarını təhdid edən virus hələki təkmilləşdirilir. Yəni son versiya deyil. Bu səbəbdən ThreatFabric şirkəti iddia edir ki, Xenomorph çox riskli hesab edilmir. Lakin əgər virusun təkmilləşdirilməsi tamamlanarsa gələcəkdə yüksək riskli viruslar kateqoriyasına daxil edilə bilər. Bu səbəbdən şirkət bildirib ki, istifadəçilər Google Play Store üzərindən performans artdırdığını iddia edən tətbiqlərdən uzaq dursalar yaxşıdır.

Şərhlər