Google şirkəti bir yenilik edərək Pixel 6 smartfon seriyasını
Google Tensor adını verdiyi yeni prosessor ilə təchiz etmişdi. Süni Zəka tərəfində
güclü olan smartfon seriyasının növbəti modeli Pixel 6a modeli May ayında təqdim
edilə bilər.
Pixel
6 smartfonları ilə Tensor prosessorunu təqdim edən Google bir çox istifadəçi tərəfindən
tənqid edilmişdi. Bu tənqidin əsas səbəbi isə yeni Tensor prosessorunun rəqiblərindən
geri qalması idi. Lakin şirkət yeni prosessorunun performans olaraq geri qalsa
da süni zəka proseslərində güclü olduğunu iddia edirdi. Google-un öz
prosessorunu hazırlamasına əsas səbəb isə rəqib prosessorların baha olması və
bu səbəbdən smartfon qiymətinin artması idi. Samsung ilə iş birliyi əsasında
hazırlanan Tensor prosessorları Google-a smartfonların daha sərfəli qiymətə
satılmasına kömək edir.
İndi isə Alman
analitik Max Jambor tərəfindən paylaşılan məlumatlara əsasən Pixel 6a smartfonu
da Google Tensor prosessoru ilə təchiz ediləcək. Bundan başqa FRONT PAGE TECH
youtube kanalının sahibi Jon Prosser də Pixel 6a modelinin 26 May tarixində təqdim
ediləcəyini bildirmişdi. Bluejay kod adlı yeni smartfon Pixel 6 modelindən qismən
zəif olacaq. Smartfonun 6.2 düym OLED ekrana, 8 GB rama və 128 GB daxili
yaddaşa malik olması gözlənilir. Prosessor tərəfində isə Google Tensor istifadə
ediləcək. Pixel 6a smartfonunun 12.2 MP əsas kamera və 12 MP geniş bucaqlı
kamera ilə təchiz ediləcəyi bildirilir. Ön kamera olaraq isə 8 MP-lik sensor
istifadə ediləcək. Kamera sensorları kağız üzərində zəif görünsə də Google tərəfindən
optimizasiya edildiyi üçün rəqiblərindən geri qalmayacağı düşünülür. Bilindiyi
kimi Google xüsusi alqoritmalar vasitəsilə öz kamera tətbiqini tez-tez yeniləyir
və bunun nəticəsində də Pixel smartfonları daha real, daha kəskin və daha yaxşı
şəkillər çəkə bilir. Qeyd edək ki, Pixel 6a smartfonu Android 12 istifadə edəcək.
Smartfonun satış qiymətinin 400-450 dollar arası olacağı bildirilir.