TELSAT.AZ - Elan yerləşdir
  • 2177

Google I/O 2022 konfransının tarixi açıqlandı: Android 13 gəlir

 Google-un hər il keçirdiyi I/O konfransının tarixini açıqlanıb. Bu konfransda Android 13 də təqdim olunacaq. May ayında keçiriləcək olan I/O 2022 konfransının əsas hədəfi Android 13 əməliyyat sistemi olacaq.

 

 Google şirkəti hər il I/O adını verdiyi özünəməxsus konfransını keçirir. Bu konfransda Google adətən növbəti əməliyyat sistemini və digər texnologiyalarını təqdim edir. Bu səfərki I/O 2022 konfransı isə 11-12 May tarixləri arasında keçiriləcək. Google-a məxsus konfrans Mountain View-da yerləşən Shoreline Amfiteatrında canlı olaraq baş tutacaq. Lakin əvvəlki illərə nəzərən daha az iştirakçının olması planlanır. Fiziki iştirakçıların əsasən şirkətinin özünün və partnyorların işçilərinin olacağı gözlənilir. Həmçinin bu konfrans internet üzərindən canlı olaraq da izlənilə biləcək. Google şirkətinin I/O 2022 konfransında Android, Chrome OSFuchsia əməliyyat sistemləri haqqında məlumat verməsi gözlənilir. Android 13 haqqında bir çox məlumatların veriləcəyini bildirən rəsmilər bu əməliyyat sisteminin daha çox istifadəçi üçün istifadəyə veriləcəyini də deyib. İlk mərhələdə bura Google Pixel smartfonlarını istifadə edən istifadəçilər daxildir. Google məhsullarından əlavə Wear OS əməliyyat sisteminin təkmilləşdirilməsi üçün Samsung ilə aparılan işbirliyindən də bəhs ediləcəyi gözlənilir. İddialara görə Google TV haqqında da məlumatlar verilə bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab