Samsung şirkətinin gələn ay təqdim etməsi gözlənilən Galaxy S22
smartfon seriyasının satış qiymətləri internetə sızdırılıb. chunvn8888 ləqəbli
istifadəçi tərəfindən bildirilən məlumatlara görə yeni smartfonların qiyməti ötən
ilkilərə nəzərən 100 dollar daha baha olacaq.
Galaxy
S22 smartfon seriyasının ilk modeli S22 899 dollara, S22+ modeli 1099 dollara və
ən güclü model S22 Ultra isə 1299 dollara satışa çıxacaq. Qiymətlərin
artmasının ən böyük səbəbi isə hal-hazırda davam edən çip qıtlığının olmasıdır.
Çiplərin istehsal materiallarının qiymətlərinin artması, həmçinin istehsalatın
çətinləşməsi qlobal şirkətləri qiymət artımına məcbur edir.