TELSAT.AZ - Elan yerləşdir
  • 2251

Facebook Reels funksiyası 150 ölkədə istifadəçilərə açıldı

 Facebook şirkəti Instagram-da olan Reels funksiyasını Facebook sosial mediası üçün də aktivləşdirildiyini bildirib. İstifadəçilər Reels funksiyasi ilə pul qazana biləcəklər. Ümumi 150 ölkənin istifadəçiləri artıq bu funksiyadan yararlana biləcəklər.

 TikTok ilə rəqabət üçün təqdim edilən Reels funksiyası Instagram istifadəçiləri tərəfindən çox bəyənilmişdi. Lakin bu funksiyanın sadəcə bəzi ölkələrdə işləməsi hələ də istifadəçiləri qəzəbləndirir. Facebook rəsmiləri isə bu gün bildirib ki, Reels funksiyası artıq Facebook sosial media platformasında da aktivləşdirilib. Beləliklə 150 ölkənin istifadəçiləri bu funksiyanı istifadə edərək həm videolar izləyə biləcək, həm də pul qazana biləcəklər. Reels videoları sosial media platformunda ümumi 4 bölmədə göstəriləcək. Bunlardan ilki Facebook Story-ləridir. İstifadəçilər Story-lərdə Reels videolarını paylaşa biləcəklər. Bundan başqa Watch bölməsindən birbaşa Reels videoları izlənilə biləcək. Həmçinin ana səhifənin yuxarı hissəsində Reels videoları izləmək üçün etiket yerləşdiriləcək. Son olaraq isə ana səhifədə gəzərkən istifadəçilər önərilən Reels videoları ilə qarşılaşacaqlar. 60 saniyə limiti olan Facebook Reels kontent yaradıcılarına pul qazanmaq üçün imkanlar verəcək. Beləki Reels Play bonus funksiyası ilə kontent yaradıcıları baxış sayına əsasən pul qazanacaqlar. Həmçinin Reels videolarında reklamlar və istifadəçilərin kontent yaradıcılarına hədiyyə göndərmək kimi funksiyalar ilə də pul qazanmaq mümkün olacaq. Facebook Reels-in ilk məqsədi Facebook platformasını gənc nəslə xitab etməsini mümkün etməkdir. Bu addımın nə qədər uğurlu olacağı növbəti zamanlarda bilinəcək.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab