- 1916
Meta (Facebook) şirkəti 90 milyon dollar təzminat ödəyəcək
Meta (köhnə adı ilə Facebook) şirkəti istifadəçi
çərəzlərinin qanunsuz istifadəsi səbəbilə 90 milyon dollar təzminat ödəyəcək. Bu
təzminat cəzası sayca 7-ci oldu.
Köhnə adı ilə Facebook, yeni adı ilə
Meta kimi bilinən şirkət ABŞ-da artıq 7-ci dəfə təzminat cəzası ödəməli olacaq.
Beləki 2012-də ildə başlayan məhkəmə prosesi artıq qərarlaşdırılıb. Şirkət 90
milyon dollar təzminat ödəməli olacaq. Məhkəməyə verilmə səbəbi isə odur ki, 2010
və 2011-ci illərdə Facebook şirkətinin istifadəçilər öz hesablarından çıxış etsə
belə onları brauzer çərəzləri üzərindən izləməsi gündəmə düşmüşdü. Bir çox məhkəmə
prosesi başladılsa da bir neçəsi qərarlaşdırıla bilməmişdi. Onlardan biri nəhayət
ki, qərarlaşdırıldı və şirkətə uyğun cəza tətbiq edildi. Məhkəmə prosesi ən son
2020-ci ildə Kaliforniya Bölgə məhkəməsinə transfer edilib. Üzərindən 10 il keçən
məhkəmə prosesi təzminat cəzası ilə yekunlaşdırılıb. Həmçinin Cambridge Analytic
skandalı səbəbilə şirkət 650 milyon dollar təzminat da ödəmişdi.