TELSAT.AZ - Elan yerləşdir
  • 2481

Əbədi rəqib, əbədi dost: Samsung iPhone 14 seriyasını ekranla təmin edir!

iPhone çoxsaylı təchizatçıların uğurlu birləşməsindən yaranan tandemdir. Bu təchiz edilmiş hissələrə ekranlar da daxildir. Bildiyiniz kimi Apple bir müddətdir ki, "iPhone"da OLED panellərdən istifadə edir və bu sahədə lider şirkət olan Samsung ilə əməkdaşlıq edir. Yeni məlumatlar göstərir ki, bu tərəfdaşlıq daha da inkişaf edəcək.

iPhone 14 ekranlarının 70%-i “Samsung”dur

"Samsung Display"in iPhone 14 seriyası üçün OLED displey panellərinin 70 faizindən çoxunu təmin edəcəyi gözlənilir. Məlumata görə, Apple bu il iPhone 14 seriyası üçün təxminən 120 milyon OLED panel sifariş edib. Samsung Display təxminən 80 milyonu özü təmin edəcək. “Apple”ın LG Display və BOE kimi digər displey təchizatçıları 20 milyon və 6 milyon OLED displey təmin edəcəklər. Samsung LG Display və BOE kimi digər təchizatçılarla müqayisədə texnoloji cəhətdən daha üstün mövqeyə malikdir. Çünki LG iPhone 14 üçün yalnız bir LTPS və iPhone 14 Pro Max üçün LTPO ekranı istehsal edir. Digər tərəfdən BOE standart iPhone 14 modellərinə LTPS ekranları təqdim edir. Bununla belə, Samsung Display seriyadakı bütün iPhone modellərinin ehtiyac duyduğu panelləri özü təmin edə bilər. Samsung tərəfindən göndərilən 80 milyon displey vahidinin təxminən 60 milyonu iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində istifadə olunacaq. “Samsung”un “Apple”ın ən böyük OLED displey tədarükçüsü olmasının digər səbəbi “LG Display”in istehsal problemləri ilə üzləşməsidir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab