- 172
Çinli Manus AI Haqqında Hər Şey: İnqilab yoxsa "hype"?
Çinli süni intellekt startapları getdikcə daha təsiredici məhsullar istehsal edir. Bu dəfə bizə avtonom tapşırıqlar icra edə bilən Manus AI təqdim olunur. Bəs Manus AI həqiqətən inqilab yaratmış bir texnologiyadır?
Son illərdə Çin mənşəli süni intellekt startapları AI sahəsində böyük səslər yaradır. Daha əvvəl DeepSeek-R1 modeli ilə diqqətləri özünə çəkən Çin AI ekosistemi, indi Manus AI ilə qlobal bazarda yeni bir addım atır. Manus, sadəcə dil modeli deyil, eyni zamanda bir neçə AI modelini idarə edən və kompleks tapşırıqları avtonom şəkildə icra edə bilən agent sistemi olaraq gözə çarpır.
Manus AI nədir, onun arxasında kim dayanır?
Manus, 5 mart tarixində X platformasında Butterfly Effect adlı şirkət tərəfindən elan edilib. Şirkət Manus-u "ilk qlobal süni intellekt agenti" kimi təqdim edir.
Butterfly Effect-in Pekin və Uhan şəhərlərində ofisləri var və komandaya 33 yaşlı girişimçi Xiao Hong rəhbərlik edir. Xiao, daha əvvəl WeChat tətbiqləri hazırlayaraq böyük şirkətlərə satmış və Monica.ai adlı AI köməkçisini bazara çıxarmışdı. "Manus" Latın dilində "əl" deməkdir və bu, sistemin istifadəçilərə "yardım əli uzatma" missiyasına istinad edir.
Manus-un araşdırma rəhbəri Yichao "Peak" Ji, bu AI agentini "insan-maşın əməkdaşlığının yeni paradigması" kimi təsvir edir.
Manus AI necə işləyir?
Manus, "multi-agent" sistemi kimi təsis edilib. O, adi chatbotlardan fərqli olaraq:
- Araşdırmalar apara bilir,
- Məlumat analizi edə bilir,
- Hesabatlar tərtib edə bilir,
- Biznes proseslərini avtomatlaşdıra bilir,
- Kod yaza və onu işlədə bilir.
Sistemin təməlində Anthropic Claude 3.5 Sonnet və Alibaba Qwen modellərinin təkmilləşdirilmiş versiyaları dayanır. Hal-hazırda Claude 3.7-yə keçid sınaglardan keçirilir və bu, Manus-un idrak və tapşırıq tamamlama bacarıqlarını gücləndirəcək.
Manus-un sinxron çalışma modeli istifadəçilərə tapşırıq verib, onu mütəmadi izləmədən tamamlanmasını gözləmək imkanı yaradır.
İnqilab, yoxsa "hype"?
Manus AI beynəlxalq AI agenti kimi böyük maraq toplayıb. Amma bəziləri bunun sadəcə mövcud AI modellərinin təkmilləşdirilmiş versiyası olduğunu bildirir.
İstifadəçilər Manus AI-dan istifadə edərkən xəta mesajları və sonsuz dövrələrlə qarşılaşdıqlarını bildirirlər. Hətta Manus-un yemək sifarişi kimi sadə tapşırıqlarda yanlış etdiyi qeyd olunur.
Manus AI istifadə sahələri
Manus-un əsas istifadə sahələri:
- Sosial media idarəetməsi
- Kontent yaradılması
- Avtomatik tapşırıq icrasi
Bəzi mənbələr Manus AI-nın 50-dən çox sosial media hesabını eyni vaxtda idarə etdiyini bildirir.
Lakin Manus STEM sahələrində fərqli nəticələr göstərib. Bəzi ekspertlər Manus-un texniki problemləri həll etməkdə o qədər də güclü olmadığını bildirir.
Manus AI dünyanı dəyişəcəkmi, yoxsa sadəcə bir "hype" olaraq qalacaq? İndi bunu dəqiq söyləmək çətindir. Amma çoxfunksiyalı AI agentlərinin artması, yaxın gələcəkdə bu sahənin daha da inkişaf edəcəyini göstərir.