TELSAT.AZ - Elan yerləşdir
  • 2478

2021-ci ilin ən problemi smartfonu Pixel 6 Pro seçildi

    Çin mediasına görə ötən ilin ən problemli smartfonu Pixel 6 Pro olub. Google şirkətinin smartfonu bir çox istifadəçini məyus edib. Bir çox xəta ilə üzləşən istifadəçilər problemlərin bitmədiyini bildirib.

    2021-ci ildə bir çox smartfon markası özünün flaqman modelini satışa çıxardı. Flaqman modellər ən yeni texnologiyanı istifadə etdiyi üçün digər seqmentdəki modellərdən daha baha satılır. Google şirkəti də özünün Pixel 6 seriyasını təqdim etmişdi. Bu seriyanın ən güclü və ən bahalı olan modeli Pixel 6 Pro istifadəçiləri bir xeyli məyus edib. Bunun əsas səbəbi isə smartfonda bir çox xətaların olmasıdır. Azərbaycanda rəsmi olaraq satışı olmayan Pixel 6 Pro smartfonu qlobal bazarda 899 dollara satılır. Dizaynı ilə premium görünən bu smartfonun problemləri çıxdığı gündən bu yana bitmir. Barmaq izi sensorunun zəifləməsi, ekranda titrəmələrin olması, zəng problemləri və digər problemlər istifadəçiləri bezdirib. Bu səbəbdən Çin mediası tərəfindən 2021-ci ilin ən problemli smartfonu Pixel 6 Pro seçilib. Problemlərin bir çoxu Google tərəfindən həll edilsə də yeni problemlər çıxmağa davam edir. Son zamanlarda çıxan yeni bir problem isə budur ki, şəkillərdə “Sehrli Silgi” funksiyası istifadə edildiyi zaman qaleriya tətbiqi çökür. Problem Google şirkətinə bildirilsə də rəsmi olaraq təsdiqlənməyib. Qeyd edək ki, Android əməliyyat sisteminin sahibi olan Google-un öz smartfonlarında stabilliyi qoruyub saxlaya bilməməsi marka dəyərinə bir xeyli zərər yetirib. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab