TELSAT.AZ - Elan yerləşdir
  • 2797

Dünyanın ilk 500 Hz monitoru ortaya çıxdı

    BOE Technology tərəfindən hazırlanan dünyanın ilk 500 Hz dəstəkli monitorunun videosu internetə sızdırılıb. Bəhs edilən monitorun TFT panel istifadə etdiyi düşünülür. Rəsmi olaraq hələki təqdim olunmayıb.

    Dünyanın ən böyük LCD, OLED qıvrımlı ekran istehsalçılarından biri olan BOE Technology yaxın gələcəkdə monitor bazarında inqilab edəcək kimi görünür. Sızdırılan məlumatlara görə şirkət 500 Hz yeniləmə tezliyinə malik yeni monitor üzərində işləyir. Hal-hazırda monitor ekosistemində ən yaxşı monitorlarda belə ən çox 360 Hz yeniləmə tezliyi istifadə edilir. Sızdırılan videoya göre BOE şirkəti 27 düymlük monitor ilə bu limiti keçəcək. Lakin bir digər önəmli məqam bu monitorda OLED paneldən istifadə edilməməsidir. Qeyd edək ki, protip olan bu monitor hər 2 millisaniyədə 1 dəfə yeni görüntü yarada bilir. Bu parametr 360 Hz monitorlarda 2.78 millisaniyədə 1 dəfə, 240 Hz monitorlarda 4.17 millisaniyədə 1 dəfə olur. Standart 60 Hz monitorlarda 16.7 millisaniyədə 1 dəfə olan bu dəyərlər, 144 Hz monitorlarda 6.95 millisaniyədə 1 dəfə olur. Yəni 500 Hz olan monitor digərlərinə nəzərən çox daha axıcı bir görüntü göstərə bilir.

    BOE Technology-nin yeni monitoru 500 Hz dəstəyini hələlik yalnız 1080P keyfiyyətində istifadə edə bilir. Əslində bu çox da təəccüblü deyil. Çünki ən yaxşı monitorlar belə 360 Hz dəstəyini yenə təkcə 1080P keyfiyyətində istifadə edə bilir. Sızdırılan videodan sonra bir çox istifadəçi bir xeyli təəccüblənib. Yaxın illərdə monitor ekosistemində çox ciddi yeniliklər görə bilərik. 


Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab