TELSAT.AZ - Elan yerləşdir
  • 3079

Apple şirkəti 5K Apple Display Studio monitorunu təqdim edib

 Apple şirkəti özünün yeni 5K Apple Display Studio adını verdiyi monitorunu təqdim edib. Mac Studio komputerini təqdim edən şirkət bu komputerlə istifadə edilə bilməsi üçün 5K ekran keyfiyyəti olan Display Studio monitorunu da istifadəçilərə göstərib.

 5K Apple Display Studio monitoru 27 düym ölçülərindədir və 5K görüntü keyfiyyətini dəstəkləyir. Ekranda yansımaları azaltmaq üçün nano texnologiyalı başqa bir versiyası da mövcud olacaq. Alüminium materialdan gövdəsi olan bu monitor xüsusilə incə çərçivələri ilə seçilir. Monitorun öz stendləri isə 30 dərəcəyə qədər əyilə bilir. Monitor bazarında ilk dəfə olan bir şey odur ki, bu modelə Apple A13 çipi inteqrasiya edilib. Bu çip monitorun səs sistemini idarə etmək, web kameranı yönləndirmək kimi funksiyaları yerinə yetirir. Həmçinin monitorun ekranı 1 milyard rəng dəstəkləyir. Bundan başqa 600 nit parlaqlığı olan Display Studio monitoru P3 rəng şkalasının hamsını tam dəstəkləyir. Bu da dizayn işləri ilə məşğul olanlar üçün ideal bir seçim olduğunu göstərir. Center Stage dəstəkli 12 MP kamerası olan bu monitor istifadəçini qarşı tərəfə tam ortada göstərəcək qədər optimizasiya edilib. Üç ədəd mikrofonu və Dolby Atmos dəstəkli altı dinamiki olan monitor səs keyfiyyətinə önəm verən istifadəçilər üçün idealdır deyə bilərik. Üç ədəd USB Type-C girişi, bir ədəd Thunderbolt 4 girişi olan 5K Apple Display Studio monitoru notbuklarla qarşılıqlı məlumat ötürməsini dəstəkləyir. Həmçinin monitor notbuklar üçün 96W-a qədər şarj imkanı verir. Monitor 18 Mart tarixindən etibarən 1599 dollardan başlayan qiymətlərlə satışda olacaq

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab