Apple 2022-də çıxaracağı cihazlar üçün çox sayda Mini LED ekran sifarişi verib

Apple 2022-də çıxaracağı cihazlar üçün çox sayda Mini LED ekran sifarişi verib

 Apple şirkəti 2022-də təqdim edəcəyi yeni cihazlar üçün çox sayda Mini LED ekran sifarişi verib. Həmçinin şirkətin tələblərinin qarşılanması üçün əlavə tədarükçülər ilə müqavilə bağladığı bildirilir.

 Apple şirkəti son zamanlarda yavaş-yavaş Mini LED ekran panellərinə keçid etməyə başlayıb. Pro Display XDR, 12.9 düym iPad Pro və yeni Macbook Pro cihazlarında artıq Mini LED ekranlar istifadə edilir. İndi isə şirkətin 2022-dəki yeni cihazları ilə Mini LED istifadəsini genişləndirəcəyi düşünülür. Yeni ekran panellərinə keçid etməsi planlanan 11 düym iPad Pro, 27 düym iMac Pro və yenilənmiş Macbook Air cihazları bu il istifadəçilərə təqdim olunacaq. Hal-hazırda tayvanlı şirkət olan Epistar ilə işləyən Apple tələblərin artması səbəbilə yeni tədarükçülər axtarır. DigiTimes tərəfindən verilən məlumata görə Apple şirkətinin yeni Mini LED tədarükçüsü Sanan Optoelectronics olacaq. Epistar şirkəti isə Apple-ın tələblərini ödəmək üçün 2022-nin ikinci rübündən Çindəki yatırımlarını artırmağı planlayır. Qeyd edək ki, Mini LED ekran panelləri bir xeyli yeni texnologiya hesab edilir. Digər ekran panellərinə nəzərən həm az enerji xərcləyir, həm rəng doğruluğunu daha yaxşı göstərir. Bu səbəbdə şirkətlər İPS LCD, Amoled, Dot Screen kimi ekran texnologiyaları yerinə Mini LED-ə yönəlirlər. Növbəti illərdə Apple şirkətinin daha bir çox məhsulunda Mini LED istifadə edəcəyi düşünülür.

Şərhlər