A15 Bionic çipi ilə təchiz olunması gözlənilən
iPad Air 5 modeli M1 çipindən güc alacaq. 8 Mart tədbirində Apple şirkəti
özünün yeni iPad Air 5 planşetini təqdim edib. İzləyiciləri həyəcanlandıran isə
bu planşetdə M1 çipinin istifadə olunmasıdır.
Apple şirkəti Peek Performance tədbirində
iPad Air 5 planşetini təqdim edib. Bu planşetin M1 ilə təchiz edilməsi onun
iPad Pro, 2020 Macbook Air, 13 düym Macbook Pro və Mac Mini ilə eyni gücdə
olacağını göstərir. Gözləntilər belə idi ki, iPad Air 5 modeli A15 Bionic çipi
ilə təchiz olunacaq, lakin Apple sürpriz edərək M1 çipindən istifadə etməyi
seçdi. Performans tərəfində M1 çipi A15 Bionic-dən 50% daha sürətli və A14 Bionic-dən
isə 70% daha güclüdür. iPad Air 5 modelində də iPad Pro və iPad Mini 6 kimi 5G
dəstəyi mövcuddur. 10.9 düym Liquid Retina ekran istifadə edən bu model 3.8
milyon piksel, 500 nit parlaqlıq, P3 rəng şkalası, True Tone və yansımalara
qarşı qoruyucu kimi bir çox texnologiyalara malikdir. Stereo dinamikləri olan
iPad Air 5 modeli TouchİD dəstəyinə də istifadəçilərə verir. Cihazın ön
kamerası Center Stage dəstəkli 12 MP sensor istifadə edərkən arxa kamerası isə
4K videolar çəkə bilən başqa bir 12 MP kamera sensoru istifadə edir. iPad Air 5 planşeti
599 dollardan başlayan qiymətlərlə satışa çıxacaq.