TELSAT.AZ - Elan yerləşdir
  • 3352

Apple çox gözlənilən smartfonunu təqdim etdi: iPhone SE 3

 Apple şirkəti çox gözlənilən ən ucuz 5G smartfonu iPhone SE 3 modelini təqdim edib. 8 Mart tarixində keçirilən təqdimatda uzun müddətdir haqqında danışılan model istifadəçilərə göstərilib. iPhone SE 3 şirkətin ən ucuz 5G-li smartfonu ünvanını daşıyır.

 Apple şirkəti Peek Performance tədbirində yenilənmiş iPhone SE 3 smartfonunu nəhayət ki, göstərdi. Cupertinolu şirkət bu modeldə də iPhone SE (2020) smartfonunun dizaynından istifadə edib. Yəni qalın çərçivələr və TouchİD funksiyasını yerinə yetirən fiziki düymə mövcuddur. Bu da istifadəçilər tərəfindən biraz tənqid edildi. Çünki gözləntilər yeni dizayn ilə təqdim ediləcəyi istiqamətində idi. iPhone SE 3 modelinin arxa və ön tərəfində istifadə edilən qoruyucu şüşə iPhone 13 modelindəki ilə eynidir. Bu da smartfonlardakı ən möhkəm qoruyucu şüşə hesab edilir. IP67 sertifikatı olan smartfon suya və toza qarşı dayanıqlıdır. Bu smartfonda 4.7 düym İPS texnologiyasına malik olan LCD ekran istifadə edilib. Retina HD panel, 326 ppi piksel dərəcəsi və 1334x750 piksel ölçülərinə malikdir. iPhone SE 3 modelinin ekranının maksimum parlaqlığı 625 nit olaraq bildirilib.

 iPhone SE 3 smartfonu A15 Bionic çipi ilə gücləndirilib. Qeyd edək ki, bu çip iPhone 13 modellərində də istifadə olunur. Smartfonun bir digər özəlliyi 5G şəbəkə dəstəyinin olmasıdır. Həmçinin Qİ sürətli şarj texnologiyasını dəstəkləyən cihaz daha uzun ömürlü batareyaya malikdir. Kamera tərəfində isə 12 MP f/1.8 diafraqmalı sensoru olan smartfon bir çox kamera funksiyasına malikdir. iPhone SE 3 modeli 64/128/256 GB olmaqla 3 versiyada satışa çıxacaq və satış qiyməti 429 dollardan başlayacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab