TELSAT.AZ - Elan yerləşdir
  • 2699

Apple, iPhone 14 seriyasında ciddi dəyişikliklər etməyi planlayır

 Apple bu il təqdim edəcəyi iPhone 14 seriyasında çox ciddi dəyişikliklər etməyi hədəfləyir. Bunlardan biri smartfonların prosessor tərəfində olacaq.

 Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu ilin sonlarında təqdim olunacaq iPhone 14 seriyasında güc baxımından modellər arasında ciddi fərqlər olacaq. Twitter hesabında məlumatları paylaşan analitik Apple şirkətinin A16 Bionic prosessorlarını sadəcə iPhone 14 ProPro Max modellərində istifadə ediləcəyini yazıb. Standart iPhone 14 və iPhone 14 Max modeli isə ötən ilin iPhone 13 seriyasında istifadə olunan A15 Bionic prosessorunu istifadə edəcək. Həmçinin iPhone 14 və iPhone 14 Max modelində artıq 4 GB yerinə 6 GB ram istifadə olunacaq. Bu ramlar LPDDR4X texnologiyası istifadə edərkən iPhone 14 Pro Pro Max modelləri LPDDR5 istifadə edəcək. Bütün bunlara nəzər yetirəndə görünür ki, Apple şirkəti iPhone 14 seriyası ilə birliktə Pro və Pro Max modellərini performans baxımından daha ayrı bir seqmentdə yerləşdirəcək. Bir digər məlumat isə odur ki, Apple şirkəti bu il iPhone 14 Mini modelini çıxartmayacaq. Yəni təqdimat zamanı sadəcə 4 yeni iPhone modeli göstəriləcək.

 Apple-ın iPhone 14 seriyasında edəcəyi bir digər dəyişiklik isə peyk şəbəkəsidir. Mənbələr bildirir ki, şirkət prototip səviyyəsində artıq bəzi testlərə başlayıb. Beləliklə yeni iPhone modelləri Wi-Fi və Operator şəbəkəsindən əlavə olaraq peyk vasitəsilə də əlaqə qurmağı təmin edə bilər. Bu texnologiya Steve Jobs-un xəyallarından biri idi. Bu xəyalın davamçısı olan Tim Cook 2019-cu ildə xüsusi bir komanda yığaraq Stewei kod adında yeni bir proyektə başladı. İndi isə artıq bu proyekt prototip səviyyəsində test mərhələsinə qədər gəlib çatıb. Həmçinin mənbələr bildirir ki, bu texnologiya da sadəcə iPhone 14 Pro və Pro Max modellərində olacaq.  Apple A15 Bionic prosessoru istifadə edən iPhone 14 və iPhone 14 Max modelləri bu texnologiyadan faydalana bilməyəcək.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab