TELSAT.AZ - Elan yerləşdir
  • 7287

Apple iPhone 14 Pro haqqında ilk məlumatlar sızdırılıb

 Bu il təqdim olunması gözlənilən Apple iPhone 14 Pro ilə bağlı ilk məlumatlar sızdırılıb. İddialara görə yeni smartfon əvvəlki nəsildən daha güclü olacaq. Bu haqda Koreyalı bloq saytı xəbər verib.

 Apple şirkəti bu ilin sonlarına yaxın yeni iPhone 14 seriyasını istifadəçilərə təqdim edəcək. Keçən il paylaşılan render konsept videolara görə növbəti iPhone smartfonlarında ekran çəntiyinin yerinə yuvarlaq kamera yerləşdiriləcək. Həmçinin qulaqlıq girişi smartfonun üst çərçivəsinə yerləşdirələcək. Lakin qeyd edək ki, bu məlumatlar rəsmi deyil. İndi isə Koreyalı bir bloq saytının sızdırdığı məlumatlara görə iPhone 14 Pro modeli 8 GB ram ilə təchiz ediləcək. Bundan başqa yeni iPhone seriyası bu ilin Sentyabr ayında təqdim ediləcək və iPhone 14 Pro 999 dollardan satışa çıxacaq. Mənbənin verdiyi bir digər məlumat isə odur ki, iPhone 14 Pro modeli sadəcə E-Sim dəstəyi ilə çıxış edəcək və 48 MP arxa kameraya malik olacaq. Həmçinin smartfonun 6.1 düym ekranı olacağı bildirilib.

 Bu məlumatların hər birinin iddia və sızıntı olduğunu, Apple tərəfindən təsdiqlənmədiyini nəzərinizə çatdırmaq istəyirik. Lakin bunlar arasında doğruluq payı ən çox olan ekran çəntiyinin qaldırılması və kameranın  ekrana inteqrasiya edilməsidir. Android smartfonlarda artıq ekran çəntiyi istifadə edilmir və bütün yeni modellərdə kamera sensorları ekranın içinə inteqrasiya edilir. Bu baxımdan Apple şirkəti dizayn olaraq rəqiblərindən geri qalır demək mümkündür. Lakin növbəti iPhone 14 seriyası ilə birliktə şirkət bu dəyişiklikləri edərək rəqiblərinə çata bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab