TELSAT.AZ - Elan yerləşdir
  • 2569

Android 13-ün ilk önizləmə versiyası yayımlanıb

  Google şirkəti Android 13 ƏS-nin ilk önizləmə versiyasını yayımlayıb. Şirkət hər ilin Fevral ayında növbəti əməliyyat sisteminin ilk versiyasını yayımlayır. Google bildirir ki, Android 13 təklükəsizlik gizliliyə fokuslanacaq.

  Android 12L versiyasının Beta mərhələdə olduğunu nəzərə alsaq Google şirkəti Android 13 üçün ilk önizləmə versiyasını yayımlayıb. Şirkət Android 13 ilə əsasən gizlilik və təklükəsizliyə fokuslanıb. Buna görə də əməliyyat sistemində olan “Sistem Şəkil Seçici” funksiyası təkmilləşdirilib. Artıq bulud və lokal sistemdə yerləşən şəkil paylaşılanda arxaplanda API işə düşür və şəklin paylaşılması nəzərdə tutulan tətbiq yalnız həmin şəkilə müdaxilə edə bilir. Beləliklə tətbiqlər qaleriyadakı bütün şəkillərə müdaxilə edə bilmirlər. Google bu funksiyanı həmçinin Android 11-ə də gətirməyi planlayır. Bundan başqa eyni şəbəkəyə bağlanan cihazlar bir-birini lokasiyanı aktivləşdirmədən tapa biləcəklər.

  Bir digər önəmli funksiya isə Material You funksiyasını istifadə edən Monet sistemi olacaq. Google bu sistemlə dinamik temalar hazırlamağı hər kəs üçün mümkün edəcək. Android-in temaları seçilən şəkil və rənglərə əsasən müxtəlif rənglər ala biləcək. İlkin mərhələdə sadəcə Google üçün aktivləşdirilən bu sistem növbəti versiyalarda bütün smartfon istehsalçıları üçün əl çatan olacaq. Android 13-un Pixel 7 smartfonu ilə birliktə istifadəçilərə təqdim edilməsi planlanır.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab