TELSAT.AZ - Elan yerləşdir
  • 2336

Android 13 ilə oyunlar daha sürətli açılacaq

 Hazırlanma mərhələsində olan Android 13-ün oyunçuları sevindirəcək yeni xüsusiyyəti kəşf edilib. Belə ki, yeni hesabata görə, Google Android 13 ilə bəzi oyun yönümlü təkmilləşdirmələr etməyi planlaşdırır.

 Android 13 ilə setGameState metodu əməliyyat sisteminə əlavə olunacaq ki, bu da oyunlara cari statusları barədə telefona məlumat verməyə imkan verəcək. Bu sayədə oyunların cari vəziyyətini öyrənən telefon oyun performansının azalıb azalmadığına qərar verə biləcək. Bundan əlavə, setGameState metodu sayəsində oyunların yükləmə müddətləri toplanacaq. Bu məlumata görə, telefon daha sonra oyun təcrübəsini növbəti səviyyəyə keçirmək üçün GAME_LOADING rejimindən istifadə edərək CPU performansını artıra biləcək.

 Sözügedən xüsusiyyətin yalnız Android 13 ilə gələn telefonlarda işləyəcəyi bildirilir. Başqa sözlə, bu funksiyanın Android 12 və əvvəlki versiyalardan Android 13-ə yüksəldilmiş cihazlarda işləməsi gözlənilmir. Əslində, əksər istehsalçıların oyun performansını və yükləmə müddətlərini artırmaq üçün proqram təminatı ilə telefonun çipinə müdaxilə edən müxtəlif üsullar var və bunu oyun rejimində istifadəçilərinə təklif edirlər. Ancaq bu xüsusiyyətin əməliyyat sisteminə daxil edilməsi, funksiyanın daha bir çox telefonda yer alacağı anlamına gəlir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab