Android 13 batareyanı çox istifadə edən tətbiqləri göstərəcək

Android 13 batareyanı çox istifadə edən tətbiqləri göstərəcək

 Android 13 smartfonlarda batareyanı ən çox istifadə edən tətbiqləri aşkarlayıb istifadəçilərə göstərəcək. Yeni funksiya ilə birliktə ən çox enerji istifadə edən tətbiqlər haqqında istifadəçilərə bildiriş göndəriləcək.

 Google Android 13 ilə bağlı yazdığı bloqda bəzi məlumatlar verib. Google bildirib ki, yeni funksiya ilə birlikdə smartfonlarda son 24 saat ərzində ən çox batareya istifadə edən tətbiqlər aşkarlanacaq və istifadəçilərə bildiriş ilə göstəriləcək. Bu funksiya sadəcə Android 13 üçün optimizasiya edilmiş tətbiqlərdə deyil, bütün tətbiqlərdə işləyəcək. Bundan başqa yeni əməliyyat sistemi son 24 saat ərzində ən az 20 saat işləyən servis və tətbiqləri də istifadəçilərə göstərəcək. Bu da yenə bildirişlər ilə istifadəçilərin asanlıqla məlumat almasına imkan yaradacaq.

Şərhlər

Digər xəbərlər